Marketlərdə qəhvəyi yumurta satılmayacaq


Almaniyada son illərdə yumurtanın qiymətinin artması mübahisələrə səbəb olub.

Supermarketlərdə satılan yumurtaların təxminən 30%-i qəhvəyi rəngdədirsə, bu nisbət tezliklə dəyişməyə başlayacaq.

Turkustan.az xəbər verir ki, Almaniya Yumurta İstehsalçıları Federal Assosiasiyasının sədri Henner Sönecke qiymətlərin artması səbəbindən qəhvəyi yumurtaların satışının artıq məhdudlaşdırılacağını bildirib.

Şönecke qəhvəyi yumurtanın istehsal xərclərinin artdığını, buna görə istehsalçıların və supermarketlərin daha qənaətcil olduğu üçün ağ yumurtaya üstünlük verdiyini deyib. Sönecke xüsusilə qəhvəyi yumurtanın ənənəvi istehsal üsulları ilə yetişdirildiyi üçün daha bahalı olduğunu vurğulayıb.

O, qarşıdakı 5 ildə supermarketlərdə qəhvəyi yumurta tapmağın getdikcə çətinləşəcəyini, qəhvəyi yumurtanın daha geniş istehlakçı kütləsi tərəfindən sağlam və təbii qəbul edildiyinə dair geniş fikirlər olsa da, bu qavrayışın artıq kommersiya baxımından davamlı olmadığını bildirib.

Supermarketlər qəhvəyi yumurta satışını dayandırsa da, onları hələ də bəzi xüsusi orqanik bazarlardan və fermalardan almaq olar. Supermarketlərdəki bu dəyişiklik bütün Avropada yumurta alış-veriş vərdişlərinə təsir edəcəyi gözlənilən bir addımdır. /cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ