ABŞ prezidenti Donald Tramp Çinə tətbiq edilən gömrük rüsumları ilə bağlı açıqlama verib.
Turkustan.az xəbər verir ki, Çinlə anlaşmaya ümid etdiyini ifadə edən Tramp Çindəki fabriklərin Çin məhsullarını almadıqları üçün bağlandığını bildirib. "Siz bizə ədalətli olmayana qədər məhsullarınızı istəmirik" deyib.
"Mən bilirəm ki, Çin hazırda pis işləyir" -deyən Tramp qeyd edib ki, dünyanın ən böyük yük gəmiləri 145 faiz tariflərə görə geri qaytarılıb.
ABŞ prezidenti bəyan edib ki, ölkə irəliyə doğru böyük sıçrayış edəcək, lakin əvvəlcə keçmiş prezident Co Baydenin yükündən qurtulmaq lazımdır və bu artım bir qədər vaxt aparacaq.
Aytən Yaşar/ Turkustan.az