Aİ-nin Ermənistandakı missiyası “soyqırımı” sözündən imtina etdi


Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyası sosial şəbəkədə qondarma "erməni soyqırımı"na həsr olunmuş paylaşımdan "soyqırımı" sözünü çıxarıb.

Turkustan.az.az xəbər verir ki, dəyişiklik missiyanın "X" səhifəsində müşahidə olunub.

Qeyd edək ki, missiya əvvəlcə "X"də "soyqırımı" sözünün işlədildiyi bir paylaşım edib, lakin bir neçə saat sonra bu ifadəni silərək, onu "1915-1923-cü illər qurbanlarının xatirəsi" ilə əvəzləyib ./Oxu.az/


MANŞET XƏBƏRLƏRİ