"Kopenhagen"in baş məşqçisinədən məğlubiyyət şərhi


Meydanda gözlədiyim "Qarabağ"ı gördüm. Bu komandanın gücünü bilirdik. İlk hissədə rəqib mükəmməl oynadı. Biz isə zəif təsir bağışladıq. Nətcədə qol buraxdıq.

Turkustan.az xəbər verir ki, bu sözləri "Kopenhagen"in baş məşqçisi Yakob Neestrup UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda "Qarabağ"a 0:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis Azərbaycan çempionunun layiqli qələbə qazandığını bildirib: "İkinci hissədə vəziyyəti dəyişsək də qol vurmaq alınmadı. Meydanda başabaş mübarizə getdi. Hesab heç-heçə də ola bilərdi".

O, "Qarabağ"ın əla komanda olduğunu söyləyib: "Çox yaxşı futbolçuları və baş məşqçisi var. Qurban Qurbanova hörmətlə yanaşıram. Uzun illərdir "Qarabağ"a rəhbərlik edir. Onlara gələcək oyunlarda da uğurlar arzu edirəm".

Yakob Neestrup Ağdam klubunun Çempionlar Liqasında sürpriz edə biləcəyini istisna etməyib: "Sadəcə, buna inanmaq lazımdır. Bizim də şanslarımız var. Sonadək mübarizə aparacağıq". /Modern.az/


MANŞET XƏBƏRLƏRİ