“Qarabağ" bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyanın "Şkendiya" klubu ilə ilk oyununu keçirəcək.
Turkustan.az xəbər verir ki, Skopyedəki “Todor Proyeski” stadionunda təşkil olunacaq görüşü slovakiyalı hakimlər briqadası idarə edəcək.
Bakı vaxtı ilə saat 22:00-da start götürəcək matç baş İvan Kruzliaka həvalə olunub. Ona Branislav Hançko ilə Yan Pozor köməklik edəcək. Dördüncü hakim funksiyasını Peter Kraloviç yerinə yetirəcək. VAR Mixal Oçenaş, AVAR isə Boris Marhefka olacaq.
Komandalar arasında cavab oyunu avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Qeyd edək ki, bu duelin qalibi pley-offda “Ludoqorets” (Bolqarıstan) - “Ferentsvaroş” (Macarıstan) cütün güclüsü ilə qarşılaşacaq. Uduzan tərəf isə eyni cütün məğlubu ilə UEFA Avropa Liqasının əsas mərhələsinə vəsiqə uğrunda üz-üzə gələcək.
UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi
5 avqust
22:00 “Şkendiya” – “Qarabağ”
Baş hakim: İvan Kruzliak
Baş hakimin köməkçiləri: Branislav Hançko, Yan Pozor
Dördüncü hakim: Peter Kraloviç
VAR: Mixal Oçenaş
AVAR: Boris Marhefka
(Hakimlər briqadası Slovakiyadandır)
“Todor Proeski” stadionu. /Yeni Sabah/