“Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin orta və qısa mənzilli raketlərin yerləşdirilməsinə qoyulan moratoriumun ləğvi ilə bağlı “maksimum nəzakətli” yazısı Qərb üçün xoşagəlməz səslənir”.
Turkustan.az xəbər verir ki, bunu “Telegram”da “Condottiero” təxəllüsü ilə bloq yazıları yazan “Vaqner” veteranı qeyd edib.
“Medvedyev bildirib ki, bu cür raketlərin yerləşdirilməsinə qoyulmuş moratoriumun ləğvi Rusiyanın rəqiblərinin hesablaşmalı olacağı yeni reallıqdır”, – o vurğulayıb.
Keçmiş vaqnerçinin sözlərinə görə, Medvedevin yazısında üç qorxulu söz var: “Növbəti addımları gözləyin!”/Globalinfo.az