Rusiya müharibədə məğlub olur: Putin “Rubikonu keçdi” – İki yol var


ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı sanksiyaları ləğv edəcəyi xəbəri yayılıb. Bu barədə “The Hill” nəşri çıxış edib. Bildirilir ki, Senat sanksiyalarla bağlı son qərarı Trampın ixtiyarına verəcək, lakin ABŞ Prezidentinin sanksiya silahından vaz keçəcəyi ehtimal edilir.

Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, politoloq Xəyal Bəşirov bildirib ki, söhbət Trampın Putinə verdiyi vaxtın sona çatmasından sonra tətbiq edəcəyi ehtimal sanksiyalardan getmir:

“Bu, insanların diqqətini cəlb etmək və prosesin həssaslığını göstərmək üçün atılan addımdır. “The Hill” nəşri bəlkə də Trampı real addım atmağa vadar etmək istəyir. Tramp hakimiyyətə gəldikdən sonra verdiyi vədlərin heç birini yerinə yetirməyib. Nə Yaxın Şərqdə, nə də Rusiya–Ukrayna münaqişəsində ciddi addımlar atıb. Əksinə, vəziyyət tam əksi istiqamətdə inkişaf edir. Tramp daha çox danışıqlara üstünlük verir və bu yolla Bayden dövründə alovlanan münaqişələri danışıqlar masasına gətirməyə çalışır. O, həmçinin Nobel Sülh Mükafatını almaq niyyətindədir”.

Politoloq qeyd edib ki, ABŞ təhdidlər və pərdəarxası müzakirələr vasitəsilə Kremlin danışıqlara cəlb olunmasını istəyir:

“Lakin Rusiya-Ukrayna məsələsində vəziyyət o qədər mürəkkəbləşib ki, danışıqlarla həll yolu tapmaq çətin görünür. Putin artıq “Rubikonu keçib” (geri dönüşü olmayan yola girib – red.) və ya tam qalib gəlməli, ya da döyüş meydanında məğlub olmalıdır. Əks halda, heç bir nəticə əldə olunmayacaq.

Ukrayna isə masaya oturmağa hazır deyil. Hər iki tərəf – Rusiya da, Ukrayna da öz mövqelərini gücləndirmək istəyir. Rusiya daha ağır itkilərə məruz qalmasına baxmayaraq, geri çəkilmək niyyətində deyil, Ukrayna isə torpaqlarını qorumağa çalışır. Rusiya itkiləri gündən-günə artır”.

Xeyal besirov


MANŞET XƏBƏRLƏRİ