QHT layihənin  icrasını  tamamladı


AZƏRBAYCAN RESPUBLİKASI GƏNCLƏR FONDU QRANT MÜSABİQƏSİ ÇƏRÇİVƏSİNDƏ “Gənclik və Maarifçilik” İB-nin «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərlə bağlı gənclərin maarifləndirilməsi tədbirlərinin təşkili» layihəsinin icrası tamamlanmışdır. Layihənin məqsədi “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ində müəyyən edilmiş inkişaf istiqamətləri ilə gəncləri yaxından tanış etmək, bu əsasda onların gələcək təhsil və karyeralarını planlaşdırmasına kömək etmək idi.

Məlum olduğu kimi milli prioritetlərdə 5 istiqamət qeyd edilir: dayanıqlı, artan, rəqabətqabiliyyətli iqtisadiyyat, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış. Layihə çərçivəsində təhsil müəssisələrində “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”lə bağlı gənclərin maarifləndirilməsi üçün dəyirmi masalar təşkil edilmişdi.

Layihə çərçivəsində ADPU-nun tələbələri ilə bir sıra maarifləndirici söhbətlər aparılmışdır. Dekabr ayında başlanmış layihə 5 ay davam etmişdir.

No description available.


MANŞET XƏBƏRLƏRİ