Fransada orta məktəblərdə Qəzzaya dəstək aksiyaları keçiriləcək


Fransa boyu onlarla orta məktəbdə Qəzzaya dəstək üçün etiraz aksiyaları keçiriləcək.

Turkustan.az xəbər verir ki, Fransada Qəzzaya dəstək aksiyaları universitetlərə, daha sonra isə orta məktəblərə yayılıb. Bu gün və çərşənbə axşamı Fransanın hər yerində onlarla orta məktəb Qəzzaya dəstək nümayişi keçirəcək və atəşkəs tələbi ilə çıxış edəcək.

Liseylər Həmkarlar İttifaqının vitse-prezidenti Manes Nadel, bazar ertəsi günü onlarla liseyin bloklanacağını açıqladı. Lisey şagirdlərinin bu tələbə hərəkatına qoşulması lazım olduğunu bildirən Nadel, İle-de-Frans bölgəsinin hərəkətə keçəcəyini vurğuladı.

Keçən cümə günü verdiyi açıqlamada, Liseylər Birlikləri Birliyinin (USL) sözçüsü Gwenn Thomas-Alves, bazar ertəsi günündən etibarən bütün məktəblərdə lisey hərəkatının başlamasına çağırdı və bütün Fransada blokadalar olacağını bildirdi . Qəzzada vəziyyətin hələ də dramatik olduğunu və Misirdəki danışıqların əngəlləndiyini deyən Tomas-Alves, lisey şagirdlərinin "hadisələrə qarşı aciz qalmamaq üçün hərəkətə keçmək arzusunda olduqlarını " ifadə etdi .

Tomas-Alves Lisey Həmkarlar İttifaqının digər yerli həmkarlar ittifaqları ilə əlaqələrinin olduğunu və bu birliklərin Ali Məktəblər Həmkarlar İttifaqının bir hissəsi olduğunu vurğuladı. Lisey tələbələri və universitet tələbələri arasında əməkdaşlığı təşviq edən Tomas-Alves bazar ertəsi və çərşənbə axşamı məktəblərdə blokadaya çağırışını təkrar edərək atəşkəs tələb etdi.

Liseylərdəki blokadaların iki gündən çox davam edə biləcəyini ifadə edən Tomas-Alves, bazar ertəsindən etibarən bəzi liseylərin bloklanmasının "qartopu effekti" yaradacağına və daha çox nümayişlərə səbəb olacağına ümid etdiyini bildirib.

Lion, Tours, Besançon, Brittany və Paris bölgələrində sıx iştirak gözlənilir.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ