Araşdırma: İnsanların ən çox tənha olduqları yaş məlum olub


ABŞ-da aparılan araşdırma insanların yaşlandıqca tənhalaşdığını və bunun erkən ölüm üçün çox ciddi risk yaratdığını ortaya çıxarıb.

Turkustan.az xəbər verir ki, Yeni bir araşdırma tənhalığın insanın həyatı boyu əvvəlcə azaldığını, sonra isə yenidən artdığını ortaya çıxarıb.

ABŞ-ın Şimal-Qərb Tibb İnstitutunun dünyanın hər yerindən məlumatlardan istifadə edərək apardığı araşdırmaya görə, tənhalıq gənclərdə çox olduğu halda, orta yaşa doğru azalır və qocalıqda ən yüksək həddə çatır.

Araşdırmalara görə, tənha qalanların əhəmiyyətli bir hissəsini qadınlar təşkil edir. Aşağı təhsilli və aşağı gəlirli seqmentlər də tənhalığa daha çox meyllidirlər.

Şimal-Qərb Universiteti Tibb Fakültəsindən Eileen Graham, "Yaşlılıqda tənhalığın artmaqda davam etməsi diqqətəlayiqdir" dedi.

“Psychological Science” elmi jurnalında dərc edilən araşdırmada tənhalığın yaratdığı risklərə də diqqət çəkilib.

Graham, təkliyin sağlamlığa zərərli təsirləri olduğunu və sosial ünsiyyətin olmamasının erkən ölümlərdə siqaret qədər təhlükəli olduğunu vurğuladı. Alim qeyd edib ki, xüsusilə yaşlı yaşlarda tək olan insanlara dəstək olmaq çox vacib sağlamlıq gündəmidir.

Digər tərəfdən, Graham, çox yüksək sosial qarşılıqlı əlaqəyə malik bir insanın da tənha ola biləcəyini söyləyib.

ABŞ da daxil olmaqla bir çox ölkənin səhiyyə qurumları daha əvvəl təkliyin cəmiyyətlərdə epidemiyaya çevrildiyini bəyan etmişdilər.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ