Ukrayna maşınlara dronla hücum etdi


Ukrayna qüvvələrinin Rusiya ilə sərhəddə yerləşən Belqorod bölgəsində işçiləri daşıyan maşınlara pilotsuz təyyarə ilə hücumu nəticəsində 6 nəfər ölüb, 35 nəfər yaralanıb.

Turkustan.az xəbər verir ki, Ukrayna Rusiyada mülki şəxslərə hücum edib . Rusiyanın Ukrayna sərhədindəki Belqorod bölgəsində 2 mikroavtobus və işçiləri daşıyan bir avtomobilə pilotsuz təyyarənin hücumu nəticəsində 6 nəfər həyatını itirib, 2-si uşaq olmaqla 35 nəfər yaralanıb. Rusiyanın Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov hücumdan sonra verdiyi açıqlamada, qarnından yaralanan və vəziyyəti ağır olan bir nəfərin əməliyyata alındığını, müxtəlif dərəcəli qəlpə yaraları olan digər qurbanların isə bölgədəki səhiyyə müəssisələrinə aparıldığını bildirib. Bölgədə əməliyyat xidmətlərinin davam etdiyini bildirən Qladkov həyatını itirənlərin ailələrinə başsağlığı verib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ