İsrail ordusu Livanın şərqində binaya hava zərbəsi endirdi


İsrail ordusunun Livanın mərkəzindəki Baalbek şəhərində bir binaya təşkil etdiyi hava hücumunda 3 mülki vətəndaşın yaralandığı bildirilib.

Turkustan.az xəbər verir ki, Livanın Rəsmi NNA agentliyində yer alan xəbərə görə, İsrail pilotsuz hava vasitələri,İsrailSərhəddən təqribən 80 kilometr aralıda, Baalbek şəhərinin Safri şəhərindəki binaya dəyib.

Hücum zamanı binada olan 3 mülki şəxsin yaralandığı və binanın tamamilə dağıldığı bildirilib.

Hücumla bağlı verdiyi yazılı açıqlamada İsrail ordusu Safriyə hava hücumu təşkil etdiyini təsdiqləyib. Təyyarələrinin Livanın cənubundakı Ramye, Ayta əl-Şaab və Mervahin şəhərlərini vurduğunu açıqlayıb.

Üstəlik Suriya ərazisindən İsrailə doğru iki atəş açıldığını və onların işğal altındakı Qolan təpələrində açıq əraziyə düşdüyünü bildirib.

İsrail ordusu atəş nöqtələrini hədəf aldığını bəyan edib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ