11 min kilometrdən döyüşməyə gəldilər - Rəsmi sənədlər sızdı


Cənubi Amerika ölkəsində ayda 25 dollar qazanan kişilərin daha yüksək maaş və daha yaxşı pasport üçün 11 min kilometr uzaqlıqda döyüşə qatıldığı üzə çıxıb.

Turkustan.az xəbər verir ki, Rusiyanın 2022-ci il fevralın 24-də başlayan Ukrayna işğalında Kiyev rəhbərliyi indiyədək gözlədiyi uğurları əldə edə bilməyib. ABŞ cəbhə xəttində günü-gündən çətin günlər keçirən Ukraynaya 61 milyard dollarlıq hərbi yardım paketi göndərib . Bu yardımdan əlavə ABŞ gizli şəkildə bölgəyə uzaqmənzilli raketlər də göndərib və bir neçə ay ərzində Ukrayna qanadında F-16 döyüş təyyarələri də olacaq . Ukrayna Baş Qərargahının rəisi, briqada generalı Oleksandr Syrskyi, Ukraynanın sayca çox olan qoşunlarının yeni mövqelərə çəkildiyini bəyan edərək, onların mövqelərinin Rusiyanın müxtəlif nöqtələrdə mühüm qüvvələrini cəmləşdirdiyi şərq cəbhəsində pisləşdiyini bildirib. General Syrskyi Telegram hesabındakı paylaşımında "Cəbhədə vəziyyət pisləşdi" deyən Ukrayna əsgərlərinin bəzi bölgələrdə daha qərbə doğru yeni müdafiə xətlərinə çəkildiyini və irəliləyən ruslara qarşı mövqelərini itirdiyini bildirib.

Kiyevin “qala” kimi xarakterizə etdiyi Avdiivkaya nəzarəti ələ keçirən rus qoşunları Ukraynanın artilleriya mərmiləri və canlı qüvvə çatışmazlığından istifadə edərək irəliləyiş əldə edir. Syrskyi, Çasiv Yarı və şimal-şərqdəki İvanivske kəndini cəbhənin bu hissəsində "ən qaynar nöqtələr" olaraq təyin etdi.

Rusiya Müdafiə Nazirliyi bu gün verdiyi bəyanatda Ukraynanın Çasiv Yar yaxınlığındakı əks-hücumlarını dəf etdiyini açıqlayıb.

BBC-nin dərc etdiyi xəbərdə Rusiyanın Ukraynadakı ordusunda döyüşmək üçün böyük ehtimalla Kuba vətəndaşlarını cəlb etdiyi yazılıb . 2023-cü ilin sentyabr və oktyabr aylarında Rusiya ordusuna qoşulduğu iddia edilən 200-dən çox kubalının pasport məlumatları Ukraynayönlü InformNapalm adlı platforma tərəfindən internetə sızdırıldı. Sosial media hesablarında sızan adların Rusiya ordusunda xidmət etdiklərini göstərən fotolar yayılıb.

Müstəqil mənbələr Rusiyanın indiyədək müharibədə 50 min əsgər itirdiyini, Ukrayna qanadı isə bu rəqəmin 500 min olduğunu iddia edir. Yerli media, Kubada orta əmək haqqının 25 dollar civarında olduğu halda , Kubalı kişilərin pis iqtisadi şəraitə görə muzdlu əsgər olmağa və ayda 2000 dollar qazanmağa razılaşdığını bildirdi . Maaşdan əlavə, Rusiya pasportu da kubalı döyüşçülər üçün çox cəlbedicidir. Rusiya pasportu 117 istiqamətə vizasız gediş-gəliş imkanı verirsə, Kuba pasportu sahibləri 61 ölkə ilə məhdudlaşır.

Digər tərəfdən, Ukraynanın Latın Amerikası və Karib hövzəsi üzrə diplomatik nümayəndəsi Ruslan Spirin Wall Street Journal-a verdiyi müsahibədə Rusiya ordusunda orta hesabla 400 kubalı olduğunu bildirib. Rusiya ordusunda muzdlu əsgər kimi döyüşmək üçün bir müddətdir Kubadan başqa Nepal, Hindistan və Afrika ölkələrindən də müraciət edirlər.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ