İsrail əsgərləri qaçqın düşərgəsini mühasirəyə aldı


İsrail ordusunun işğal altındakı İordan çayının qərb sahilində bir çox bölgəyə basqın etdiyi və Tulkərim Qaçqınlar Düşərgəsini sıx mühasirəyə aldığı bildirilib.

Turkustan.az xəbər verir ki, İsrail ordusunun işğal altındakı İordan çayının qərb sahilində bir çox bölgəyə basqın etdiyi və Tulkərim Qaçqınlar Düşərgəsini sıx mühasirəyə aldığı bildirilib.

Şahidlərdən alınan məlumata görə, İsrail əsgərləri İordan çayının qərb sahilinin şimalındakı Tülkərim qaçqın düşərgəsinə basqın edib.

Düşərgənin müxtəlif nöqtələrini əhatə edən əsgərlərlə basqına reaksiya verən fələstinlilər arasında qarşıdurma baş verdi; əsgərlər evləri, mağazaları və infrastrukturu dağıdıblar.

Düşərgədə vaxtaşırı partlayış səsləri eşidilərkən, İsrail qüvvələri Es-Sevalime məhəlləsindən fələstinli ailələri evakuasiya etməyə başlayıb.

Şahidlərin bildirdiyinə görə, İsrail qüvvələri Tülkərim şəhərindəki Sabit xəstəxanasını da mühasirəyə alıb və təcili yardım maşınlarında axtarış aparıblar.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ