ABŞ-da Fələstinə dəstək nümayişləri zamanı minlərlə tələbə saxlanıldı


ABŞ-da universitetlərdə Fələstinə dəstək nümayişləri zamanı 2500-ə yaxın adam saxlanılıb.

Turkustan.az xəbər verir ki, ABŞ-da universitetlərdə Fələstinə dəstək nümayişlərində təxminən 2500 nəfərin saxlanıldığı bildirilib. Fox News, 18 apreldən bəri şəhərciklərdəki nümayişlərdə saxlanılanların sayının təxminən 2500 nəfər olduğunu açıqladı.

Gələn həftə ABŞ-da universitetlərdə keçirilməsi planlaşdırılan buraxılış mərasimlərinə baxmayaraq, Fələstinə dəstək nümayişlərinin davam edəcəyi gözlənilir. Müdaxilələrə baxmayaraq, həftə sonu ölkə daxilində nümayişlər davam edib.

Ötən gün Çikaqodakı DePaul Universitetində Fələstini dəstəkləyən tələbələrlə hökumət əleyhinə etirazçılar arasında gərginlik yaşanıb. Şənbə günü Charlottesville şəhərindəki Virciniya Universitetində keçirilən nümayişdə 25 fələstinli tərəfdar saxlanılıb.

Cənubi Kaliforniya Universitetində (USC) dünən Los Anceles Polis Departamenti (LAPD) polisi Fələstinə dəstək verən tələbələri uzaqlaşdırıb və şəhərcikdəki Qəzza Həmrəylik Düşərgəsini yığışdırıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ