Həm sakinlərin, həm də sahibkarların müraciətləri "Açıq mikrofon"da


"Bu aksiyaya Tüntül kəndindən gəlmişəm. Kənd bir neçə il öncə qazlaşdırılıb. Lakin yaşadığım yeni məhəllədə mavi yanacaqdan istifadə edə bilmirik. Həmin əraziyə küçə qaz xəttinin çəkilişində köməklik etməyinizi sizdən xahiş edirəm".

Turkustan.az xəbər verir ki, bu sözləri Qəbələ rayonunun Tüntül kənd sakini, şəhid atası İmran Yunusov "Açıq mikrofon" aksiyası çərçivəsində keçirilən görüş zamanı bildirib. Vahid Qəhrəmanov küçəsindən görüşə üz tutan Məsim Məsimov və Elçin Kərimovun da müraciətləri eyniyönümlü, küçə qaz xəttinin çəkilişi ilə bağlı olub. Rayon sakinləri Səmayə Şükürova, Maya Qasımova və Ziyafət Babayeva isə qaz xəttinin yerinin dəyişdirilməsini xahiş ediblər.

Bundan əlavə aksiya zamanı qaz sayğacının yerinin dəyişdirilməsi, qapı keçidinin quraşdırılması, sayğacın əvəzlənməsi ilə bağlı müraciətlər də səsləndirilib. "Səyyar qəbul otağı"nın imkanlarından sakinlərlə yanaşı, sahibkarlar da yararlanıblar. Sahibkarlıq subyektləri Ceyhun Rəsulov və Rəvan Səfərli istehlak olunan təbii qaza görə yaranan debitor borcun hissə-hissə ödənilməsinə şərait yaradılmasını istəyiblər.

Ünvanlanan bütün suallar və müraciətlər SOCAR-ın "Azəriqaz" İB-nin Zaqatala Regional qaz istismarı İdarəsinin rəisi tərəfindən cavablandırılıb. Bəzi məsələlərin icrası ilə bağlı Qəbələ xidmət sahəsinin rəhbərliyinə tapşırıq verilib.


MANŞET XƏBƏRLƏRİ