3 Dekabr Beynəlxalq Əlillər Günü münasibətilə “Məndə Bir Ulduzam"adlı tədbir keçirildi – FOTOLAR


3 Dekabr Beynəlxalq Əlillər Günü münasibətilə Abşeron rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın dəstəyi və İstedadlı Əlillər İctimai Birliyinin təşkilatçılığı ilə Xırdalan Şəhərində yerləşən Xəzinə-Palace restoranında "Məndə Bir Ulduzam"adlı tədbir keçirilib.

Turkustan.az xəbər verir ki, tədbirdə Millət vəkili Aqil Məmmədov, Abşeron rayon İcra Hakimiyyətinin müavini Gülnar Rəhimova, İstedadlı Əlillər İctimai Birliyinin sədri Qubad Qasımov, Abşeron rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova, tanınmış Əməkdar artistlər Yusif Mustafayev, Babək Niftəliyev, Şəhid ailələri, qazilər və əlilliyi olan şəxslər iştirak ediblər.

İlk öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda Şəhid olan həmvətənlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Tədbirdə çıxış edən Millət vəkili Aqil Məmmədov, Abşeron rayon İcra Hakimiyyətinin müavini Gülnar Rəhimova və digər natiqlər bildiriblər ki, bu cür tədbirlərin keçirilməsində əsas məqsəd

fiziki məhdudiyyətli olan vətəndaşlarımızın cəmiyyətə inteqrasiyasına dəstək olmaq, fiziki məhdud gəncləri peşə təlimlərinə, Paralimpiya idmanlarına cəlb etməkdən ibarətdir. Eyni zamanda fiziki məhdudiyyətli olan şəxsləri cəmiyyətimizin inkişafında aktivlik göstərməsinə, müxtəlif tədbirlər və layihələrdə iştirak etmələrinə, sosial aktiv vətəndaşların bu sahəyə diqqətini yönəltmək və fiziki imkanları məhdud insanlara dəstək olmaq layihənin məqsədləri sırasına daxildir. Natiqlər gündəlik mövzu ilə əlaqədar olaraq ölkə Prezidenti İlham Əliyevin geniş miqyaslı sosialyönlü layihələrin həyata keçirilməsinədən, əlilliyi olan şəxslərin reabilitasiyasından, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasından geniş söhbət açıblar.

Daha sonra əlilliyi olan şəxslərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib. İstedadlı Əlillər İctimai Birliyi tərəfindən fiziki qüsurlu olan fəal əlillərə Fəxri fərmanlar təqdim olunub.

Sonda Əməkdar artist Yusif Mustafayevin, Babək Niftəliyevin və əlilliyi olan müğənnilərin ifasında müxtəlif musiqi nömrələri səsləndirilib.

Bir 3 kişi, aydınlatma, kürsü ve yazı görseli olabilirBir 6 kişi ve kürsü görseli olabilirBir 4 kişi ve kürsü görseli olabilirBir 5 kişi, scooter ve kürsü görseli olabilirBir 12 kişi, zencefilli kurabiye ve kürsü görseli olabilirBir 5 kişi ve hoparlör görseli olabilirBir 5 kişi görseli olabilirBir 4 kişi, kürsü ve yazı görseli olabilirBir 3 kişi ve sakal görseli olabilirBir 12 kişi ve şunu diyen bir yazı 'RRM' görseli olabilirBir 16 kişi görseli olabilirBir 11 kişi, scooter ve yazı görseli olabilirBir 4 kişi, scooter, kürsü ve yazı görseli olabilirBir 5 kişi ve masa görseli olabilirBir 15 kişi ve düğün görseli olabilirBir 9 kişi, kürsü ve yazı görseli olabilirBir 9 kişi ve kürsü görseli olabilirBir 12 kişi ve keman görseli olabilirBir 10 kişi ve keman görseli olabilirBir 10 kişi ve kürsü görseli olabilir

Eltac/Turksutan.az


MANŞET XƏBƏRLƏRİ