2027-ci ildə universitet oxumadan öyrənilə biləcək ən perspektivli ixtisaslar – SİYAHI


Yeni peşə qazanmaq üçün illərlə universitet təhsili almaq artıq yeganə yol deyil. Xüsusilə rəqəmsal sahələrdə müxtəlif onlayn proqram və sertifikatlar vasitəsilə daha qısa müddətdə yeni ixtisas üzrə bacarıq əldə etmək mümkündür.

Turkustan.az
xəbər verir ki, Research.com-un məlumatlarına əsasən, 2027-ci ildə perspektivli hesab olunan və onlayn təlimlər vasitəsilə öyrənilməsi mümkün olan əsas ixtisaslar bunlardır:

1. Süni intellekt tətbiqi sahəsi - Proqramlaşdırma və data analitikası üzrə baza bilikləri olan şəxslər müxtəlif onlayn kurslar vasitəsilə süni intellekt istiqamətində ixtisaslaşa bilərlər.

2. Proqramlaşdırma və veb inkişafı - Frontend, backend və full-stack proqramlaşdırma onlayn öyrənilməsi ən əlçatan sahələrdəndir. Praktiki layihələr hazırlamaq və sertifikat proqramlarından yararlanmaq mümkündür.

3. Kibertəhlükəsizlik - Şirkətlərin rəqəmsal sistemlərə keçidi kibertəhlükəsizlik mütəxəssislərinə tələbatı artırır. Şəbəkə təhlükəsizliyi, informasiya təhlükəsizliyi və etik hakerlik üzrə onlayn proqramlar mövcuddur.

4. Data analitikası - Böyük məlumatların təhlili müxtəlif sahələrdə vacib bacarığa çevrilib. Excel, SQL, Python və məlumatların vizuallaşdırılması kimi alətləri onlayn öyrənərək bu istiqamətdə fəaliyyətə başlamaq mümkündür.

5. Rəqəmsal marketinq - Sosial media, SEO, kontent marketinqi və rəqəmsal reklam üzrə bacarıqları nisbətən qısa müddətdə onlayn təlimlər vasitəsilə əldə etmək mümkündür.

6. Layihələrin idarə olunması - "Project management" üzrə müxtəlif onlayn sertifikat proqramları mövcuddur. Bu istiqamət xüsusilə texnologiya, biznes və xidmət sektorlarında geniş tətbiq olunur.

7. Mühasibatlıq və maliyyə texnologiyaları Mühasibat uçotu, maliyyə analitikası və fintech istiqamətində də onlayn proqramlar vasitəsilə yeni bacarıqlar qazanmaq mümkündür.

8. Tibbi və səhiyyə texnologiyaları - Səhiyyənin rəqəmsallaşması tibbi informatika, səhiyyə idarəçiliyi və tibbi məlumatların analizi kimi yeni istiqamətlərin inkişafına səbəb olur.

/Bizim.Media


MANŞET XƏBƏRLƏRİ