Ağdamda mina təhlükəsizliyinə dair maarifləndirmə tədbiri keçirilib


İşğaldan azad olunmuş Qarabağ ərazilərində mina təhlükəsi ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir.
"Çıraq Humanitar və İnkişaf" İctimai Birliyi Ağdam şəhrində yeni məskunlaşmış və doğma yurdlarına qayıtmış sakinlər üçün mina təhlükəsizliyinə dair maarifləndirmə tədbiri keçirilib.
Layihə Qeyri-hökümət təskilatlarına Dövlət Dəstəyi Agentliyi və Qarabağ Dirçəliç Fondunun maliyyə dəstəyilə həyata keçirilir
Tədbirdə Ağdam şəhər sakinləri, tikinti-quruculuq və bərpa işlərində çalışan əməkdaşlar, eləcə də qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər. Görüş zamanı iştirakçılara mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr, onların insan həyatı və sağlamlığı üçün doğura biləcəyi risklər barədə ətraflı məlumat verilib.
Maarifləndirmə tədbirində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) keçmiş əməkdaşı və mina qurbanı Elməddin Mirzəyev də iştirak edib. Layihəsi çərçivəsində təlimçi xidməti kimi fəaliyyət göstərən Elməddin Mirzəyev iştirakçılara mina partlayışları nəticəsində baş verə biləcək xəsarətlər, bu xəsarətlərin ağırlıq dərəcəsi və həyat üçün yaratdığı təhlükələr barədə məlumat verib.
Tədbirin əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə yaşayan və fəaliyyət göstərən şəxslərin mina təhlükəsi barədə məlumatlılığının artırılması, onların təhlükəli ərazilərdə davranış qaydaları ilə bağlı biliklərinin gücləndirilməsi və mina hadisələrinin qarşısının alınmasına töhfə vermək olub.
Çıraq Humanitar və İnkişaf İctimai Birliyi Qarabağda mina təhlükəsizliyi ilə bağlı növbəti maarifləndirmə tədbirlərini Ağdam rayonu, Xıdırlı və Əfətli kəndində davam etdirməyi nəzərdə tutur.


MANŞET XƏBƏRLƏRİ