Rusiya–Ukrayna müharibəsində itkin düşən Azərbaycan vətəndaşının meyitinin tapıldığı bildirilir.
Əldə etdiyimiz məlumata görə, Astara rayonunun Siyəkəran kənd sakini Qəhrəmanov Vaqif Qazı oğlu Rusiya Silahlı Qüvvələrinin tərkibində döyüş əməliyyatlarında iştirak edib. O, Dağıstanın Xasavyurt şəhərində yaşayırmış, ailəli olub və 5 övladı var.
Bildirilir ki, Vaqif Qəhrəmanov 4 ildən artıq Rusiyada yaşayıb, Azərbaycan vətəndaşlığını daşıyıb və orada muzdlu işçi kimi fəaliyyət göstərib.
Müharibə bölgəsində itkin düşdükdən 7 ay sonra onun meyiti aşkarlanıb. Hazırda nəşinin vətənə gətirilməsi gözlənilir.

Bizim.Media