Fransada 1685-ci ildən qüvvədə olan və koloniyalarda köləlik sistemini tənzimləyən “Qara Kodeks” (Code Noir) rəsmi şəkildə ləğv edilib.
Turkustan.az xəbər verir ki, Fransa Milli Assambleyasının qərarı ilə qəbul edilən sənəd ölkənin müstəmləkəçilik dövründən qalan ən mübahisəli hüquqi aktlarından birinin qüvvədən düşməsi ilə nəticələnib.
“Qara Kodeks” kölələri hüquqi baxımdan “daşınar əmlak” kimi qiymətləndirirdi və insanlara mülkiyyət kimi yanaşılmasına hüquqi əsas yaradırdı.
Fransada köləlik hələ 1848-ci ildə qadağan edilsə də, həmin kral fərmanları formal olaraq hüquqi sistemdən çıxarılmamışdı. Milli Assambleyada keçirilən səsvermədə iştirak edən 254 deputatın hamısı qanunun ləğvinin lehinə səs verib.
Yeni qanun layihəsinə əsasən, köləlik və qul ticarətinin tarixi məktəb proqramlarında daha geniş şəkildə tədris olunacaq. Sənədin tam qüvvəyə minməsi üçün indi Fransa Senatının da təsdiqi tələb olunur./Musavat.com