İcbari tibbi sığorta ilə bağlı rəsmi açıqlama: Kim necə istifadə edəcək?


Yeni ilin gəlişi ilə ölkədə bir sıra sahələrdə yeni qaydaların tətbiqinə başlanılıb.

Belə sahələrdən biri də İcbari Tibbi Sığorta sistemidir. Qeyd edək ki, ötən dövrdə icbari tibbi sığortadan bütün ölkə vətəndaşları yararlana bilirdisə, artıq bu ildən həmin sahədə bəzi dəyişikliklər olacaq. Belə ki, artıq bu prosesdən bütün vətəndaşlar yararlana bilməyəcək.

Qeyri-formal məşğulluğun təsir dairəsinə düşən sığortalı qismində özləri çıxış edən şəxslərin müəyyən edilməsi qaydası üç ay ərzində hazırlanacaq. Bu müddət ərzində hazırda icbari sığortadan istifadə edənlər sığortadan necə yararlanacaqlar?

Məsələ ilə bağlı İcbari Tibbi Sığortadan “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq bildirilib ki, “Tibbi sığorta haqqında” Qanuna edilən dəyişikliklərə əsasən, “Məşğulluq haqqında” Qanunda nəzərdə tutulan qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslər sığortalı qismində özləri çıxış edirlər:

“Qanuna əsasən, bu kateqoriyaya aid şəxslərin müəyyən edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq ediləcək. Qayda təsdiqlənənədək, hazırda icbari tibbi sığorta sistemindən istifadə edən şəxslər tibbi xidmətlərdən yararlanmağa davam edəcəklər”.


MANŞET XƏBƏRLƏRİ