Ukrayna Rusiyanın neft zavoduna "Storm Shadow" ilə hücum etdi


Dekabrın 25-də Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin bölmələri Rusiya Federasiyasının Rostov vilayətindəki Novoşaxtinski Neft Məhsulları Zavodunu "Storm Shadow" havadan buraxılan qanadlı raketlərlə vurub.

Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Facebook səhifəsində məlumat verib .

"Çoxsaylı partlayışlar qeydə alınıb. Hədəfə zərbə endirilib. Zərərin miqyası müəyyənləşdirilir", - deyə məlumatda bildirilir.

Baş Qərargah qeyd edib ki, Novoşaxtinski Zavodu Rusiya Federasiyasının cənubunda ən böyük neft məhsulları tədarükçülərindən biridir və Rusiya Federasiyasının silahlı qüvvələrinin təchizatında birbaşa iştirak edir. Xüsusilə, müəssisə Rusiya ordusunu dizel yanacağı və aviasiya kerosini ilə təmin edir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ