Zaur İbrahimli
QHT sektorunun 2025-ci ildəki uğurları- top 10/3
2025-ci ildə QHT sektorunun tərəqqisini, əldə etdiyi nailiyyətləri əks etdirən nəticələri, layihələr haqqında məlumatları paylaşmaqda davam edirik
QHT-lər tərəfindən 2025-ci ildə ölkə xaricində məsuliyyətlə, peşəkarlıqla icra olunan bu layihələr Azərbaycanın xarici siyasət prioritetlərinə ictimai dəstək verir, ölkəmizin “yumşaq güc”ünü artırır.
2025-ci ildə Cenevrədə BMT-nin Avropa ofisinin yerləşdiyi "Millətlər sarayı" meydanında "Qarabağ İtkin Ailələri" İB-in keçirdiyi aksiya, “Gilavar Foto Klubu” İB-in Nürünberq, Münhen, Paris, Brüsseldə Azərbaycanın mina qurbanlarına həsr olunmuş fotosərgi təşkil etməsi QHT sektorunun inkişafının yeni keyfiyyət mərhələsinin aşkar göstəricisidir. Həmçinin, “İslahatçı Qadınlar və İnnovasiyalar” İB-in “Qərbi azərbaycanlıların hüquqularının beynəlxalq platformalarda müdafiəsi” layihəsi çərçivəsində Brüssel şəhərində “Evə qayıdış və regional sülh” adlı beynəlxalq konfrans keçirməsi, tədbirdə beyin mərkəzlərinin, beynəlxalq təşkilatların nümayəndələri, QHT-lər, ictimai-siyasi xadimlərin iştirak etməsi QHT sektorunun böyük potensialını, gücünü, cəmiyyətə, dövlətə, hər birimizə necə böyük fayda verə biləcəyini nümayiş etdirir.
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə Azərbaycan QHT-lərinin xaricdə keçirdiyi tədbirlərin sayı əvvəlki illərlə müqayisədə 3.5 dəfə artıb. Əgər 2022-ci ildə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə Azərbaycan QHT-ləri cəmi 1 xarici ölkədə 7 tədbir keçirmişdisə, 2024-cü ildə 7 xarici ölkədə 25 tədbir baş tutub. Hazırda 2025-ci ilin məlumatları ümumiləşdirilir və deyə bilərik ki, bu miqyas daha böyüyəcək.
Faktiki olaraq, Azərbaycan QHT-lərinin ölkə xaricində layihə icra etməsi sahəsində “keyfiyyət sıçrayışı”ndan danışa bilərik. Bu əsla mübağilə deyil, reallıqdır. Görülən işlər təkcə ayrı-ayrı QHT-lərin uğuru deyil, bütöv sektor üzrə müşahidə olunan pozitiv trendin məhsuludu.





