ÜST: Nüvə obyektlərinə dəyən ziyan təhlükəsi narahatlıq doğurur


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus ABŞ və İsrailin İranı hədəf alması nəticəsində Yaxın Şərqdə artan gərginliyin nüvə obyektlərinə təsir göstərməsi təhlükəsinin narahatlıq doğurduğunu bildirib.

Turkustan.az xəbər verir ki, Qebreyesus və ÜST-ün Şərqi Aralıq dənizi üzrə regional direktoru Hanan Balxi bu fikirləri ÜST-ün həftəlik mətbuat konfransında bildiriblər.

ABŞ və İsrailin hədəf aldığı İran və Yaxın Şərqdəki münaqişələrdən çox narahat olduqlarını qeyd edən Qebreyesus bildirib ki, "16 ölkəni əhatə edən münaqişələrdə indiyə qədər İranda təxminən 1000, Livanda 50, İsraildə 13 və digər Körfəz ölkələrində 11 ölüm hadisəsi qeydə alınıb".

Qebreyesus ÜST-ün İran və Livanda səhiyyə xidmətlərinə edilən bəzi hücumları təsdiqlədiyini xatırladıb və səhiyyə xidmətlərinin beynəlxalq humanitar hüquq çərçivəsində qorunmalı olduğunu qeyd edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ