Rusiya müharibəni alovlandıran oyunu ifşa etdi: Onlar bunu bilərəkdən etdilər


Rusiya Xarici İşlər Nazirliyi ABŞ və İsraili İrana hücumları ilə ərəb ölkələrini müharibəyə cəlb etməyə çalışmaqda günahlandırdı.

Turkustan.az xəbər verir ki, Moskva həmçinin regionda gərginliyin azalması əlamətlərinin olmadığını vurğuladı.

Nazirlik yazılı açıqlamasında Vaşinqton və Təl-Əviv administrasiyalarının İranı bəzi ərəb ölkələrindəki hədəflərə qarşı qisas hücumları həyata keçirməyə təhrik etdiyini iddia edib. Bəyanatda bu vəziyyətin həm insan itkisinə, həm də əhəmiyyətli maddi ziyana səbəb olduğu və Rusiyanın bu hadisələrə görə dərin təəssüf hissi keçirdiyi əlavə edilib.

Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, "Onlar İranı qəsdən bəzi ərəb ölkələrindəki hədəflərə cavab hücumları etməyə təhrik ediblər. Bu, insan və maddi itkilərə səbəb olub ki, Rusiya tərəfi bundan dərin təəssüf hissi keçirir".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ