Kəbirə Məmmədova klinikasını satdı (FOTO)


Binə Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədova adına olan "Kəbirə-Tibb Mərkəzi"ni satıb.

Turkustan.az “Qaynarinfo.az”a istinadən xəbər verir ki, 2007-ci ildə fəaliyyət göstərən "Kəbirə-Tibb Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) "Referans" Klinikalar Şəbəkəsi tərəfindən bir neçə milyon manata satın alınıb.

Klinika artıq Mərdəkan Referans Hospital adı ilə fəaliyyətə başlayıb.

Qeyd edək ki, 04.04.2007-ci il tarixində yaradılan və qanuni təmsilçisi Abazəliyev Qüdrət Nurəddin oğlu olan "Kəbirə-Tibb Mərkəzi" 01.30.2025-ci ildə adını dəyişərək "Referans Medı-Art Hospital" MMC olub. Klinikaın nizamnamə kapitalı 10 manatdan 20 manata qaldırılıb. Sözügedən klinikanın qanuni təmsilçisi Kərimov Vasif Qaraxan oğlu seçilib.

Xatıradaq ki, uzun illərdir fəaliyyət göstərən "Kəbirə-Tibb Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində KİV-dən kifayət qədər neqativ məlumatlar dərc edilib.

Kəbirə Məmmədova klinikasını satdı (FOTO)


Kəbirə Məmmədova klinikasını satdı (FOTO)

Kəbirə Məmmədova klinikasını satdı (FOTO)Kəbirə Məmmədova klinikasını satdı (FOTO)
Kəbirə Məmmədova klinikasını satdı (FOTO)


MANŞET XƏBƏRLƏRİ