Emin Həsənli Türkiyənin hərbi yönümlü təşkilatlarında görüşlər keçirib


Türkiyədə səfərdə olan “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin və “Qardaşlığımız əbədidir” QHT Koalisiyasının sədri Emin Həsənli qardaş ölkədə görüşlərini davam etdirir.

Turkustan.az xəbər verir ki, Emin Həsənli Türkiyənin hərbi yönümlü dərnəklərində olub və mühüm görüşlər keçirib.

Qardaş ölkənin Ehtiyatda Olan Zabitlər Birliyinin qərargahında birlik sədri bu təşkilatın rəhbəri ehtiyatda olan general polkovnik Ərdoğan Qaraquşla bir araya gəlib.

Azərbaycan ordusunun son dövr yüksək səviyyəli təlimlər keçdiyini, ən müasir silahlarla təmin olunduğunu, yeni komanda birliklərinin yaradılmasını ordu quruculuğunun yeni mərhələsi kimi dəyərləndirən Ərdoğan Qaraquş Azərbaycanın bölgədə və dünyada nüfuzunun artmasından Türkiyənin də mənmun olduğunu bildirib. O, Türkiyənin ehtiyatda olan zabitlərinin hər zaman Azərbaycanın yanında olduğunu qeyd etdi.

Emin Həsənli Türkiyənin Azərbaycana hər zaman mənəvi dəstək verdiyini, Azərbaycanın da ən ağır zamanında Türkiyənin yanında olduğunu bildirdi. Türkiyənin Ehtiyatda Olan Zabitlər Birliyi ilə uzun müddətdən bəri əməkdaşlığın davam etdirilməsindən və qarşılıqlı səfərlərin bu əməkdaşlığa töhfə verməsindən qürur duyduğunu xüsusi vurğuladı.

Emin Həsənli Türkiyənin Müharib Qazilər Dərnəyinin mərkəzi qərargahında da oldu. Dərnəyin rəhbəri və üzvləri ilə görüşü baş tutdu. Dərnək rəhbəri Bəyazid Yumuk iki ölkənin hərbi yönümlü dərnəklərinin əlaqələrinin faydalı olduğunu diqqətə çatdırdı.

Emin Həsənli Türkiyə qazilərinin Aəzrbaycana, Azərbaycan qazilərinin Türkiyəyə səfərlərini yada salaraq bu ilişkilərin daha da möhkəmlənməsi üçün əlindən gələni etdiyini və bundan sonra da edəcəyini vurğuladı. Birlik sədri Şimali Kipr Türk Respublikası və Azərbaycanın hərbi yönümlü təşkilatların əlaqələrin qurulmasından məmnunluğunu qeyd etdi.

Daha sonra Emin Həsənli Türkiyə Müharibə Əlilləri və Şəhid Ailələri Dərnəyində oldu. Dərnəyin mərkəzi qərərgahında təşkilatın sədri Mustafa İşıq və idarə Heyətinin üzvləri ilə görüşdü. Emin Həsənli şəhid və qazilərin Türkiyə dövləti qarşısında xidmətlərini bəyan etdi. O bildirdi ki, Azərbaycan dövləti də hər zaman onların yanındadır

Xatırladıldı ki, bu dərnək 1915-ci ildə Çanaqqala savaşından sonra yaradılıb və o gündən bəri Türkiyə bütün mücadilələrində çox önəmli rol oynamış şəxslər həmin dərnəyin üzvləri olublar.

Türkiyənin Ehtiyatda olan Gizirlər Birliyində olan Emin Həsənli sədr və üzvlərlə görüşüb. Görüş zamanı əməkdaşlıq perespektivləri müzakirə olunub. Birliyin yeni sədri Cahid bəyə və yeni idarə heyətini bu məsul vəzifəyə seçilmələri münasibəti ilə təbrik edən Emin Həsənli əməkdaşlığın bundan sonra da davam edəcəyini ifadə edib.

Söhbət zamanı gizir Mübariz İbrahimovun Azərbaycan şəhidlərinin sərdarı, gizir Ömər Xalis Dəmirin isə Türkiyə şəhidlərinin sərdarı olduğunu bildirilib.

Görüşlərdə “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin Türkiyə təmsilçisi Tacəddin Hüseynquluzadə iştirak edib.


MANŞET XƏBƏRLƏRİ