“Prius”lar Bakıdan yığışdırılır? - Aqibəti bəlli oldu


Nazirlər Kabinetinin qərarına görə, 2016-cı ildən əvvəlki illərdə istehsal olunan avtomobillərlə taksi fəaliyyəti ilə məşğul olmağa icazə verilməyəcək. Bəs ölkədə sayı çoxluq təşkil edən və yaşı 15-dən aşağı olan "Toyota Prius"ların aqibəti necə olacaq?

Məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Teleqraf.com-a açıqlamasında bildirib ki, qərar istehsal ili 2016 və 2008-ci ildən yuxarı olan nəqliyyat vasitələrinə aiddir:

"Yəni nəqliyyat vasitələrinin ölkəyə gətirilməsi və istismar müddəti 8-15 ildən ibarət olacaq. "Toyota Prius" markalı avtomobillərə gəlincə, bu avtomobillərin istismarı davam edəcək. Qərarda hər hansı marka adı çəkilmir. Orada deyilir ki, 15 yaşdan yuxarı olan nəqliyyat vasitələrinə taksi kartları verilməyəcək. Amma "Toyota Prius" və digər nəqliyyat vasitələrinə heç bir qadağa yoxdur. "Toyota Prius"ı öz sinifindən olan hibrid avtomobillər əvəz edəcək. "Priuslar"dan hazırda Paris, Barselona, Madrid, İtaliyanın digər şəhərlərində də istifadə olunur. Avtomobil elektriklə işləyir, bu, qane edirsə, biz başqa niyə problem axtarmalıyıq?"

Ekspert qeyd edib ki, ölkədə yaşı 15-dən aşağı olan "Prius"ların sayı azdır:

"Çünki Azərbaycanda əsasən 2008, 2009, 2010, 2012-ci illərin "Prius"larıdır. Gələcəkdə "Prius"ların qiymətlərində enmələr və başqa avtomobillər kimi ucuz satışları olacaq. İndiki vəziyyətə görə təlaşlanıb bu maşınları satmaq düzgün deyil. Qabaqda hələ 2-3 il müddətimiz var".


MANŞET XƏBƏRLƏRİ