“Kitabın cəmiyyətdə rolu” mövzusunda tədbir keçirildi


Aprelin 25-i Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinə tabeli Qubadlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində, “Kitabın cəmiyyətdə rolu” mövzusu çərçivəsində ədəbiyyatşünas alim, şair Rafiq Yusifoğlu ilə görüş keçirilmişdir.

Qubadlı rayon MKS-nin direktoru vəzifəsinin icraçısı Qərənfil Hüseynova tədbiri açıq elan etmiş, “Kitabın cəmiyyətdə rolu” mövzusunda məruzə nitqi söyləmişdir. Sonra kitabxananın metodisti Nərminə Əsgərova ədibin həyat və yaradıcılığının qısa xülasəsini bildirmişdir.

Daha sonra söz Rafiq Yusifoğluya verilmiş, o əhatəli şəkildə fikirlərini bölüşmüşdür.

Tədbirdə Əməkdar müəllim, yazıçı Çingiz Salmanov, Qubadlı Rayon İcra Hakimiyyətinin mətbu orqanı olan “Bərgüşad” qəzetinin Baş redaktoru Qafqaz Əvəzoğlu, şair Elbrus Qayalı, QRİH-nin əməkdaşları Vüqar Həsənov, Teymur Müskanlı, Qubadlı rayon Qadınlar Şurasının sədri Nuriyyə Hüseynova, rayon Mədəniyyət evinin direktoru Ziba İbrahimova, rayon Tarix-Diyarşünaslıq muzeyinin direktor vəzifələrinin icraçısı Xatun Ağayeva, Xidmət şöbəsinin müdiri Akifə Sərməsova çıxış edib, Rafiq Yusifoğlu haqqında söz açmışlar.

Rayon Mədəniyyət evinin işçisi Samir Soliyev şairin şerlərindən səsləndirmişdir.


MANŞET XƏBƏRLƏRİ