Növbəti ildən məktəblərdə Çin dili tədris olunacaq? – Rəsmi AÇIQLAMA


Bu il Elm və təhsil naziri Emin Əmrullayev VIII ADA Beynəlxalq Təhsil Konfransında bildirdi ki, “Elm və Təhsil Nazirliyi Azərbaycan məktəblərində Çin dilinin tədrisini tətbiq etmək istəyir.

Nazirin bu açıqlaması müzakirələrə səbəb oldu. Çünki dünyanın ən çətin əlifbalarından, qrammatikalarından birinə sahib olan çin dilinin tədrisi maraqlı məsələdir.

Bəs 2026-cı ildə Azərbaycan məktəblərində bu dilin tədris olunması gözlənilir? Bununla bağlı Elm və Təhsil Nazirliyi tərəfindən hazırlıqlara başlanılıb?

Bizim.Media mövzuyla bağlı Elm və Təhsil Nazirliyinə sorğu ünvanlayıb. Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin açıqlamasına görə, bir fənnin tədrisi üçün əsas olan ixtisaslaşmış pedaqoji heyətin olmasıdır:

“Ümumi təhsil müəssisələrində hər bir fənnin tədrisi üçün həmin fənn üzrə ixtisaslaşmış pedaqoji heyətin mövcudluğu və tədris resurslarının hazırlanması zəruridir. Çin dilinin tədrisi ilə bağlı qeyd olunanlar təmin ediləcəyi təqdirdə, aidiyyəti üzrə ictimaiyyətə məlumat veriləcək və çin diliinin tətbiqinə başlanılacaq”, - deyə açıqlamada qeyd olunub.


MANŞET XƏBƏRLƏRİ