“Prezident İlham Əliyevin “Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında” imzaladığı sərəncam bir daha təsdiq edir ki, dövlətin sosial siyasətində əsas prioritet vətəndaşların rifahının yüksəldilməsi və sosial təminat mexanizmlərinin daha da gücləndirilməsidir”.
Turkustan.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.
O, sərəncamın icrası ilə bağlı sualları cavablandırıb.
Deputat bildirib ki, qərar hazırda aktiv ünvanlı sosial yardım alan ailələlərə şamil olunacaq:
“Yəni hazırda sözügedən proqramın iştirakçısı olanlar həmin yardımı almaq imkanına malik olacaqlar. Bu isə o deməkdir ki, yardımlar 76 min ailəyə şamil olunacaq. Yardımların alınması üçün hər hansı yeni karta ehtiyac yoxdur. Ünvanlı sosial yardım alan ailələrin mövcud kartlarına pulun ödənilməsi həyata keçiriləcək”.
Millət vəkili qeyd edib ki, yardımların təyinatı və ödənilməsi proaktivdir:
“Bu o deməkdir ki, mövcud elektron baza əsasında yardımların kartlara ödənilməsi reallaşacaq. 200 manatlıq birdəfəlik maddi yardım yalnız ünvanlı dövlət sosial yardımı alan ailələrə şamil olunur”. /Globalinfo.az/