Bakıda bu vakansiyalar təəccüb doğurdu: elə tələblər var ki… – FOTO


Bakıda sosial şəbəkə platformalarında yayılan vakansiya elanları mübahisə doğurub.

Turkustan.az xəbər verir ki, müvafiq iş saytlarında məlumatın paylaşılmasını istəyən şəxslər özlərinə şəxsi katibə axtardıqlarını bildiriblər.

Belə ki, işə götürüləcək xanımın həm baxımlı, səliqəli, həm də subay, mehriban, ünsiyyətcil, neqativ enerji daşımayan, müasir olması tələb olunub. Bəziləri isə yeni model distant (uzaqdan işləyən) katibə axtarışında olduqlarını qeyd ediblər.

Vakansiyalarda 18-30 yaş aralığında, ciddi düşünən qadınların müraciət etməsi, paralel olaraq, onlardan foto göndərilməsi istənilib. Bu isə ictimaiyyətdə kəskin narazılığa səbəb olub. İstifadəçilərin əksəriyyəti belə elanların arxasında fərqli məqsədlərin dayandığını vurğulayıblar.

Qeyd edək ki, son 5 ildir Azərbaycanda “katibə” vakansiyalarının sayı artıb.

52e4d252 077c 49aa a5a9 ee1b0bfc5087

6757d6ce 0bfe 445e 8069 7d407473f721

Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ