Katz: Atəşkəsə baxmayaraq, Qəzzada dağıntılar davam edəcək


İsrailin müdafiə naziri Yisrael Katz atəşkəsə baxmayaraq Qəzza zolağında dağıntıları davam etdirəcəklərini bildirib.

Turkustan.az xəbər verir ki, Katz sosial mediada verdiyi açıqlamada, məhbusların geri qaytarılmasından sonra İsrailin qarşılaşacağı ən böyük çətinliyin HƏMAS-ın tunelləri olduğunu bildirib.

İsrailli nazir qeyd edib ki, Qəzzadakı bütün HƏMAS tunelləri ABŞ-ın nəzarəti altında qurulacaq beynəlxalq mexanizm vasitəsilə birbaşa İsrail tərəfindən məhv ediləcək.

Katz aşağıdakı bəyanatı verdi:

Bu, Qəzzanın tərksilah edilməsi və HƏMAS-ın tərksilah edilməsi ilə bağlı razılaşdırılmış əsas prinsipin həyata keçirilməsi deməkdir”.

Müdafiə naziri Katz orduya xidmətə hazır olmağı da tapşırdığını bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ