Tramp Netanyahu ilə yanaşı mesajını təkrarladı: “Qəzzada müharibə bitdi”


ABŞ prezidenti Donald Tramp rəsmi səfərdə olduğu Qərbi Qüdsdə İsrail parlamenti binasında verdiyi açıqlamada Qəzza zolağında "müharibə bitdi" mesajını təkrarlayıb.

Turkustan.az xəbər verir ki, Ben Qurion hava limanındakı rəsmi mərasimdən sonra Tramp Qərbi Qüdsə yola düşüb və İsrail parlamentinə çatıb.

Trampı Kapitoliyada İsrailin baş naziri Benyamin Netanyahu və Nümayəndələr Palatasının spikeri Amir Ohana qarşılayıb.

Qarşılanma mərasimindən sonra Tramp Nümayəndələr Palatasının xatirə kitabını imzalayaraq, "Bu mənim üçün böyük şərəfdir; böyük və gözəl bir gün. Yeni bir başlanğıc" sözlərini yazıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ