Fransada yenidən baş nazir təyin edilən Lekornu hökumətini qurdu


Bu həftənin əvvəlində istefa verən, lakin daha sonra prezident Emmanuel Makron tərəfindən yenidən baş nazir təyin edilən Sebastien Lecornu Fransada yeni hökumətini elan edib.

Turkustan.az xəbər verir ki, əvvəlki hökumətindəki fikir ayrılıqları səbəbilə istefa verən Lecornu, 10 oktyabrda yenidən baş nazir təyin olunaraq ikinci hökumətini formalaşdırıb.

Lecornu ABŞ-da yerləşən X (əvvəlki Twitter) sosial media platformasında verdiyi açıqlamada, "Fransaya ilin sonuna qədər büdcə təmin etmək missiyasına diqqət yetirən bir hökumət quruldu", – deyə bildirib.

O, "hökmət daxilində şəxsi və partiya maraqlarından üstün düşünən" hər kəsə təşəkkür edərək, əsas prioritetin "ölkənin maraqları" olduğunu vurğulayıb.

Lecornu hökumətində yer alan əsas fiqurlar bunlardır:

Loran Nunes – Daxili işlər naziri

Ketrin Votrin – Müdafiə naziri

Cerald Darmanin – Ədliyyə naziri

Roland Lescure – Maliyyə naziri

Enni Genevard – Kənd təsərrüfatı naziri

Edouard Geffray – Təhsil naziri

Jean-Noel Barrot – Xarici işlər üzrə dövlət katibi

Stefan Dört – Xarici işlər naziri

Rachid Temal – Səhiyyə naziri

Naim Moutchou – Xarici ərazilər naziri

Marina Ferrari – İdman naziri

Filip Tabarot – Nəqliyyat naziri

Yeni hökumətin əsas hədəfi ilin sonuna qədər dövlət büdcəsini təsdiqlətmək və siyasi sabitliyi təmin etmək olacaq.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ