Milli Məclisin sabiq sədri Rəsul Quliyevin ailəsinin 30 ildən sonra ilk dəfə Bakıya gəlməsi maraqla qarşılanıb. Məlumatın ardınca Quliyevin də Azərbaycana qayıdıb-qayıtmayacağı müzakirə obyekti olub.
Bu ailəvi səfər sabiq spikerin də doğma vətəninə dönüşü üçün bir siqnaldırmı?
Globalinfo.az-a danışan Gələcək Azərbaycan Partiyasının sədri, Rəsul Quliyevin ailəsinə yaxın olan Ağasif Şakiroğlu deyib ki, Rəsul Quliyevin Azərbaycana qayıtmaq kimi niyyəti və təşəbbüsü yoxdur:
“Bu barədə düşünmək fikrində deyilik”.
A.Şakiroğlu Rəsul Quliyevin ailəsinin mühacir olub-olmaması məsələsinə aydınlıq gətirib:
“Sabiq spikerin ailə üzvlərinin hamısı mühacir həyatı yaşamır. Onların arasında təhsil almaq məqsədi ilə köçənlər də var. Rəsul Quliyev ailəsi ilə birlikdə artıq 30 ilə yaxındır ki, ABŞ-da yaşayır”.