Azərbaycan Fransadakı səfirini geri çağıracaq? - Politoloqdan ŞƏRH


Fransa Azərbaycandakı səfiri Enn Boillotu geri çağırıb. Bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Fransa Xarici İşlər Nazirliyi diplomatı məsləhətləşmələr üçün geri çağırıb.

Diplomatı prezident Emmanuel Makron şəxsən qəbul edib.

Sizcə, Fransa səfirinin Azərbaycandan geri çağırılması iki ölkə arasında siyasi gərginliyi daha da artıra bilərmi? Azərbaycan Fransadakı səfirini geri çağıracaqmı?

Mövzu haqqında politoloq Cümşüd Nuriyev Turkustan.az-ın suallarını cavablandırıb.

Cümşüd Nuriyev yenə qadınlardan danışdı - VİDEO

Politoloq bildirib ki, “istənilən ölkə öz səfirini məsləhətləşmələr üçün geri çağıra bilər. Bilirsiniz ki, Fransanın atdığı addıma Azərbaycanın cavabı Fransa üçün gözlənilməz oldu. Fransa bütün Afrikanı təkcə Ermənistana qurban verdi. Ona görə bunun arxası da gələcək. Bu mənada, əlbəttə ki, İlham Əliyev Makronun tələsik addımından çox uğurla istifadə etdi və onu özünə qarşı çevirdi. Ona görə də səfirin geri çağırılması əslində geri çağırış deyil. Əslində, səfir o zaman geri çağırılır ki, hansısa ölkə o ölkənin siyasətini bəyənmir. Ona görə də həmin ölkəyə nota göndərir və ya səfirliyini müvəqqəti olaraq bağlayır.

Bu mənada mən Fransa prezidentinin onu qəbul etməsində qeyri-adi heç nə görmürəm. Çünki Azərbaycan təkcə Qafqazın deyil, Avropanın da aparıcı dövlətlərindən birinə çevrilir. Bu, təbii ki, Fransanı narahat edəcək. Onun əsas marağı ona hakimiyyətə gəlməsində hər cür köməklik göstərən erməni lobbisinə xidmət etməkdir”.

Politoloq əlavə olaraq bildirib ki, “bu gözlənilən hadisə idi. Təbii ki, Azərbaycan öz səfirini geri çağırmayacaq. Amma Azərbaycan öz səfirini geri çağırsa da, oradakı səfirliyimiz bağlansa belə, Azərbaycana heç bir ziyanı olmayacaq. Əksinə, Fransa üçün çox ciddi problemlər yaranacaq. Çünki Fransanın Azərbaycanda fəaliyyət göstərən şirkətləri var. Bundan başqa, Azərbaycanı dəstəkləyən bütün ölkələr Fransa müstəmləkəsindən ayrılmaq istəyən ölkələrdir. Ona görə də nə olsa Fransaya olacaq. Azərbaycan heç nə itirməyəcək”.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ