Dünya Vensin xanımının Bakıdakı bu hərəkətindən danışır – FOTO


ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Bakıya ailəsi ilə birgə səfəri təkcə siyasi gündəmlə deyil, həmçinin səmimi bir kadrla da diqqət mərkəzinə düşüb. Heydər Əliyev Beynəlxalq Aeroportunda çəkilən və həyat yoldaşı Usha Vensin onu öpdüyü anı əks etdirən foto qısa müddətdə dünya mediasında tirajlanıb. Diplomatik protokolun rəsmi çərçivəsində baş verən bu emosional səhnə beynəlxalq mətbuat tərəfindən günün ən çox müzakirə olunan görüntülərindən biri kimi təqdim olunub və ictimai maraq doğurub.

Belə görüntülər diplomatik imic və ictimai rəy baxımından hansı mesajı formalaşdırır?

Globalinfo.az-a danışan Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası əlaqələr komitəsinin üzvü Cavanşir Feyziyev deyib ki, adətən yüksək vəzifəli şəxslərin, xüsusilə dövlət rəhbərlərinin, diplomatların hər bir addımı ictimaiyyət tərəfindən maraqla izlənilir:

“Ona görə də belə hallara rast gəlinməsi adi hal kimi qəbul olunmalıdır. Bunun əksinə olan digər bir səhnəni – hava limanında təyyarədən enmək ərəfəsində Bricit Makronun Emanuel Makronu şillələdiyini də görmüsünüz. Bu kimi epizodları hər cür yozmaq olar. Əsas fakt odur ki, bu səhnə Vens cütlüyünün Bakıya yüksək əhvali-ruhiyyədə gəldiyini göstərir və bu, müsbət haldır”.

cavansir

Cavanşir Feyziyev

Deputat bildirib ki, dünyanın bəzi bölgələrində belə davranış qəribə hal kimi qiymətləndirilsə də, Qərb mədəniyyəti üçün burada təəccüblü heç nə yoxdur:

“Əksinə, bu səhnə yüksək rütbəli dövlət adamının ailə çərçivəsində nə qədər səmimi olduğunun göstəricisidir. Diplomatik imic və ictimai rəy baxımından da bu kimi görüntüləri müsbət qiymətləndirirəm”.

Qeyd edək ki, ABŞ-ın ikinci xanımı Uşa Vens Kaliforniya ştatının San-Dieqo şəhərində anadan olub. O, hind mənşəli ailədə böyüyüb və valideynləri Hindistanın Andhra Pradeş ştatındandır.

1770747241 baaaaaaaaa


MANŞET XƏBƏRLƏRİ