Tramp: Təyyarələrin vurulması potensial danışıqlara təsir göstərməyəcək!


ABŞ prezidenti Donald Tramp İranın ABŞ təyyarələrini vurmasının Tehran rejimi ilə potensial danışıqlara təsir etməyəcəyini bildirib.

Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İranın ABŞ təyyarələrini vurmasının Tehran rejimi ilə potensial danışıqlara təsir etməyəcəyini bildirib.

NBC televiziyasına telefonla danışan Tramp, İran tərəfindən vurulan ABŞ döyüş təyyarələrinin heyətinin axtarış və xilasetmə işlərinin təfərrüatlarını müzakirə etməkdən imtina etdi. İrana qarşı hücumları "gərgin və həssas hərbi əməliyyat" adlandıran ABŞ prezidenti Tramp, hadisənin ölkədəki bəzi xəbər agentliklərində necə təsvir edilməsindən məyus olduğunu bildirib.

Tramp İran tərəfindən onun döyüş təyyarələrinin vurulmasının Tehran rejimi ilə mümkün danışıqlara təsir etməyəcəyini bildirərək, "Xeyr, bu, heç bir şəkildə təsir etməyəcək. Bu, müharibədir. Biz müharibədəyik" dedi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ