Azərbaycan da Ermənistana məhsul satacaq?


Ötən həftə Qazaxıstan taxılının Azərbaycan vasitəsilə Ermənistan tdaşınmasına başlanılıb. Son 30 ildən sonra 6 noyabr 2025-ci ildə ilk dəfə olaraq Azərbaycan ərazisindən keçirilərək Qazaxıstandan ixrac olunan 1000 ton taxıl Ermənistana daşındı.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycandan Ermənistana taxıl daşınmasına icazə verildiyini bəyan edib. Həmçinin, Rusiyadan da yola çıxan taxılan Azərbaycandan keçərək Ermənitana çatdırılıb.

Astana görüşündə Prezident İlham Əliyev qeyd etmişdir ki, yeni tranzit razılaşması sülhün möhkəmləndirilməsinə təkandır. Eyni zamanda gələcək iqtisadi əlaqələrin artan xətlə inkişafı gözlənilir.

Artıq Azərbaycan ixracatçı ölkə kimi Ermənistanla iqtisadi əlaqələr qurması, Azərbaycan məhsullarının Ermənistana daşınması müzakirə edilib.

Mövzu və əlaqəli məsələlərlə bağlı Modern.az-a iqtisadçı Zahid Məmmədov danışıb. O qeyd edib ki, Azərbaycanın Qazaxıstan-Ermənistan iqtisadi əlaqələrində tranzit ölkə olması buna əsas deyil: “Sülh müqaviləsinin tamamilə icra olunmasından sonra iqtisadi əlaqələrdən söhbət gedə bilər”.

Zahid Məmmədov deyib ki, Azərbaycanın tranzitlik funksiyası, sadəcə olaraq, sülhə gedən yolda və coğrafi imkanların mövcudluğu şəraitində yaranıb.

İqtisadçının fikrinə görə Ermənistanla ticari əlaqələrinin qurulması Ermənistan siyasi dairələrində köklü dəyişiklik baş verdikdən sonra mümkün olacaq:

“Ermənistanda revanşist baxışlı Koçaryan və Sarkisyan hələ həbs olunmayıb. İndiyə qədər hələ də bəyanatla sülhü təhdid edirlər. Onlar Azərbaycanda törətdikləri cinayətə görə həbs olunmalıdırlar. Bu problemlər ola-ola ixrac aparmaq doğru deyil. İqtisadi əlaqələrin başladılması üçün Ermənistan bizə təhlüksizlik zəmanəti verə bilirmi?”

Ermənistan anlamalıdır ki, onun gələcəyi Qafqazdakı sülhlə bağlıdır:

“Bununla əlaqəli informativ və analitik təbliğat aparılmalıdır. Ermənistana yönəlmiş maarifləndirici proqramlarla çıxışlar olmalıdır.

Erməni xalqı da özlərinin siyasi cinayətkarları tərəfindən terrora məruz qalıb. Ermənistanın incəsənəti -bütünlükdə həyatı Azərbaycandan asılıdır”.

Cavid Zahidoğlu


MANŞET XƏBƏRLƏRİ