"Bu gün rahatlıqla deyə bilərik ki, Türk dünyasının düşüncə və inam ocağı tamamı ilə azaddır"
Bu sözləri Turkustan.az-a açıqlamasında Türk Strateji Düşünmə Mərkəzi(TÜMER)nin sədri Onur Beyhan bildirib. O, bildirib ki, Azərbaycan tarix boyunca Türk dünyasının düşüncə və inanc mərkəzi olub: "Ən dəyərli Türk aydınları burda yetişib, ən dərin düşüncəli filosoflar burda doğulub, ən böyük elm və ürfan sahibləri məhz burdan bütün dünyaya işıq tutublar. Bunu anlayan imperialist qüvvələr Qarabağı işğal edərək bu elm və inam mərkəzinin işığını söndürməyə cəhd etmişdilər. Ancaq qəhrəman Azərbaycan xalqı bu itki ilə, bu işğal ilə barışmayacaq illərlə mübarizə apardı. Nizami Gəncəvinin, Füzulinin, Nəsiminin, Əli bəy Hüseynzadənin ölkəsi hər nə qədər mürəkkəb şəraitdə yaşasa belə, yorulmadı və o tarixi gen öz içindən Heydər Əliyev kimi bir dühanı yetişdirdi. Bu dahi şəxsiyyət Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü təmin etdi, xalqı öz çətin günlərdən çıxardı. Onun fikirlərinə, yoluna sadiq qalan prezident İlham Əliyev isə Qarabağı əsarətdən xilas etdi. İlham Əliyevin qətiyyəti, milli mənəvi dəyərlərimizi, şanlı tariximizi əsas kimi qəbul etməsi, sistemli siyasət yürütməsi bizə bu günləri göstərdi. Bu yerdə təbii ki, zəfərin qazanılmasında xüsusi yeri olan şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı və şəfa diləmək istəyirəm. Artıq türklərin inam və düşüncə ocağı Azərbaycanın- Dədə Qorqudun məskəni, Koroğlunun yurdu,Nuhun gəmisinin çıxış yeri, Xızırın əsənlik tapdığı bu torpaqların öz ərazi bütövlüyünə qovuşması bizi çox sevindirir. Bu günlərdə qeyd etdiyimiz zəfərin ululuğu dosta güvən, düşmənə göz dağıdır. Belə qutsal gündə Ulu öndər Heydər Əliyevi rəhmətlə yad edir, Ali Baş komandan İlham Əliyevə işlərində uğurlar arzulayıram. Qarabağ Azərbaycandır, dost və qardaş Azərbaycanın müstəqilliyi isə əbədidir".