Ermənistanın baş naziri Nikol Paşinyan hökumət iclasında çıxışı zamanı ATƏT-in Minsk Qrupunun fəaliyyətinə sərt münasibət bildirib.
Turkustan.az xəbər verir ki, o, qurumun 30 ilə yaxın davam edən vasitəçilik missiyasını nəticəsiz hesab edərək bu formatın nəinki münaqişənin həllinə yardım etdiyini, əksinə regionda gərginliyi artıraraq Ermənistanın mövqelərinə ciddi zərər vurduğunu bildirib.
“Minsk Qrupu formatında aparılan danışıqlar Ermənistanın suverenliyini və ərazi bütövlüyünü itirməsinə gətirib çıxardı. Geriyə baxanda deməliyəm ki, ATƏT-in Minsk qrupunun fəaliyyətində faydalı heç nə görmürəm”, – Paşinyan bildirib.
Baş nazirin sözlərinə görə, illərlə davam edən müzakirələr sadəcə vaxt itkisi olmaqla yanaşı Ermənistanın reallıqdan uzaq, formal gündəmlə… /globalinfo.az/