İran Azərbaycana yeni səfir təyin edib


İran İslam Respublikası Azərbaycana yeni səfir təyin edib.

Turkustan.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bugünkü mətbuat konfransında bildirib.

“İranın Azərbaycandakı yeni səfiri müəyyənləşib və təqdim olunub. O, Avrasiya üzrə ixtisaslaşmış çox təcrübəli və tanınmış diplomatdır”, - İran XİN rəsmisi qeyd edib.

İsmayıl Bəqai yeni səfirin adını açıqlamayıb./modern.az


MANŞET XƏBƏRLƏRİ