“Minsk qrupunun ləğvi çətin məsələdir”.
Bu sözləri Bakıvaxtı.az-a keçmiş xarici işlır naziri Elmar Məmmədyarov bildirib.
O qeyd edib ki, ATƏT-də qərarlar konsensusla qəbul edilir:
“Sülh sazişi imzalanadan sonra Ermənistan Azərbaycanla bərabər Minsk qrupunun ləğvinə dair müraciət etsə, buna ümid yarana bilər. Amerikanın dövlət katibi Marko Rubio Senatda çıxış edərkən qeyd etdi ki, orada (Qarabağda – red.) münaqşə başlana bilər. Bunu Fransada bəzi siyasi dairələr də səsləndirir. ABŞ və Fransa bildirir ki, Minsk qrupunu saxlayaq, çünki münaqişə yenidən başalaya bilər”.
Müsahibimiz hesab edir ki. bu məsələlər Misk qrupunun ləğvinə dair ümidləri azaldır. Onun sözlərinə görə, amma sülh sazişi mütləqdir ki, konstitusiya dəyişikliyindən sonra bağlansın:
“Çünki Paşinyan bu gün var, sabah yoxdur. Paşinyan gedəndən sonra gələn qüvvələr iddia edə bilərlər ki, bu saziş imzalananda köhnə konstitusiya qüvvədə olub. Ona görə də konstitusiya dəyişikliyinə müyəssər olmaq lazımdır”.