Paşinyan sülh imzalasa, İlham Əliyev İrəvana GEDƏCƏK? - ŞOK TƏHLİL


"Fikrimcə, baş nazir Nikol Paşinyan "Avropa Siyasi Birliyi"nin gələn ilin yazında İrəvandakı sammitinə qədər Prezident İlham Əliyevlə sülh sazişini imzalamağı arzulayır".

Turkustan.az bildirir ki, bu barədə politoloq Elxan Şahinoğlu deyib.

elxan.jpg (68 KB)

Politoloq qeyd edib ki, bununla Paşinyan iki məqsəd güdə bilər:

"Birincisi, sülh sazişi Avropa liderlərinin İrəvandakı toplantısına qədər imzalanarsa, Paşinyan parlament seçkisi öncəsi reytinqini gücləndirmiş olacaq. Bu, onun üçün həyati əhəmiyyətlidir.

İkincisi, Azərbaycanla sülh sazişi zirvə toplantısına qədər imzalanarsa, Prezident İlham Əliyevin İrəvandakı toplantıda iştirakına heç nə mane olmayacaq. İlham Əliyevin İrəvandakı tədbirdə iştirakı Avropa İttifaqı üçün arzuolunandır. Bu səbəbdən Nikol Paşinyan da İlham Əliyevin İrəvandakı tədbirdə iştirakını istəyir. İlham Əliyevin İrəvandakı tədbirdə iştirakı öz növbəsində Nikol Paşinyanın da "Avropa Siyasi Birliyi"nin Bakıdakı tədbirində iştirakına yolu açacaq".

Elxan Şahinoğlu bildirib ki, buna baxmayaraq, Paşinyanın istəyinin reallaşması, yəni Azərbaycanla sülh sazişinin "Avropa Siyasi Birliyi"nin İrəvandakı toplantısına qədər imzalanması üçün Ermənistan Konstitusiyası bu il ərzində dəyişdirilməlidir:

"Paşinyan mayın 26-da "İrəvan dialoqu - 2025" ikinci beynəlxalq forumu zamanı buna eyham vurub: "Əgər Konstitusiya Məhkəməsi sülh sazişini təsdiq etməsə, Konstitusiya dəyişikliyi ilə bağlı təşəbbüslə özüm çıxış edəcəm. Sülh sazişini imzalamaq imkanını əldə verməməliyik".

Paşinyanın cümləsinin birinci hissəsində konkret olaraq Konstitusiyanın sülh sazişinə qədər dəyişəcəyi söylənmir. Ancaq cümlənin ikinci hissəsində sülh sazişinin qısa müddətdə imzalamaq üçün əsas maneənin ortadan qaldırılmasına işarə var.

Paşinyan sülh sazişi imzalanan gün Minsk Qrupunun buraxılması məqsədilə Azərbaycanla birgə ATƏT-ə müraciət edəcəyini də söyləyib. Paşinyanın bu açıqlamalarının arxasında onun mayın 16-da "Avropa Siyasi Birliyi"nin Tiranadakı toplantısında İlham Əliyevlə müzakirəsinin də təsiri olub.

İndi qalır bu deyilənləri reallaşdırmaq. Paşinyan sülh sazişini "Avropa Siyasi Birliyi"nin İrəvandakı toplantısına qədər imzalamaqistəyirsə, sürətini artırmalı, il ərzində Konstitusiyaya ya referendum yolu ilə, ya da parlamentdə əncam çəkməlidir". /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ