Polisdən qaçan şəxs 36 saat kanalizasiyada qaldı


Avstraliyada baş verən iki yol qəzasından sonra polisdən qaçan şübhəli 36 saat gizlənmək üçün girdiyi kanalizasiyada qalıb.

Turkustan.az xəbər verir ki, bazar ertəsi fövqəladə hallar işçiləri bir adamı boltlu lyuk qapağının altından xilas etdiklərini açıqladı. Polis bildirib ki, gün yarımdan çox kanalizasiyada qalan şəxs onlardan qaçıb.

Trthaber xəbərinə görə: Kanalizasiyada qapalı qalan bir adam 36 saatlıq kabusundan ətrafdakılara səslənərək xilas ola bilib. Yardım çağırışlarını eşidənlər vəziyyəti dərhal polisə və yanğınsöndürənlərə xəbər veriblər. Yanğınsöndürənlər tərəfindən xilas edilən şəxs bədənindəki sıyrıqlar və soyuq hava səbəbindən xəstəxanaya çatdırılıb.

Kvinslend Təcili Yardım Xidmətinin sözçüsü, kişinin telefonunu çıxarmaq üçün kanalizasiyaya girdikdən sonra tələyə düşdüyünü iddia etdi. Lakin polisin verdiyi məlumata görə, vəziyyət fərqli olub.

Polis, bazar günü səhər bir avtomobili izlədiklərini və avtomobilin geriyə dönərkən polis maşınına çırpıldığını, vurulan avtomobilə ciddi ziyan vurduğunu və öz avtomobillərinə orta dərəcədə ziyan vurduğunu bildirdi. Polisin xəsarət almadığı bu qəzadan sonra qəzaya düşən avtomobilin qaçaraq başqa yerdə yenidən qəzaya uğradığı açıqlanıb.

Bazar ertəsi fövqəladə hallar briqadaları lyuk qapağının altından bir nəfəri xilas ediblər. Polis bildirib ki, gün yarımdan çox kanalizasiyada qalan şəxs onlardan qaçıb.

Komissar vəzifəsini icra edən Steve Gollschewski dedi: "İnsanların nə edə biləcəyi və bəzən nələrin baş verə biləcəyi heyrətamizdir, buna görə də bəli, həmişə sürprizlər olur. Amma mən əslində nə baş verdiyini anlamağa çalışmağı sevirəm. Beləliklə, gəlin faktlara keçək. Onların nə olduğunu hələ bilmirəm. Qoy istintaq öz axarı ilə getsin və biz oradan hara gedəcəyimizə qərar verəcəyik”.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ