Niyə təyyarələr Tibet üzərindən uçmur?


Uçuş radar tətbiqinə baxsanız, görərsiniz ki, dünyanın hər yerində çoxlu təyyarələr uçsa da, Çinin Tibet bölgəsində heç bir təyyarə uçuş xətti yoxdur. Niyə təyyarələr yollarını qısaldıb Tibet üzərində uçmur?

Lent.az xarici mediaya istinadən bu maraqlı suala cavab axtarıb.

Bu sualın cavabı Tibet üçün istifadə edilən “dünyanın damı” bənzətməsində gizlidir.

Tibet, çox hündür dağlarla örtülü bir ərazidir, bu ölkə Everest dağına ev sahibliyi edir.

Müasir sərnişin təyyarələrinin kabinlərində təzyiq var.

Bu təzyiq sistemində nasazlıq yarandıqda, sərnişinlərin nəfəs alması üçün əvvəlcə oksigen maskaları işə salınır.

Bununla belə, oksigen sisteminin tutumu orta hesabla 15-20 dəqiqə kifayətdir.
Buna görə də kabin təzyiq sistemində nasazlıq yarandıqda pilotlar təyyarəni 3 min metr yüksəkliyə çəkməli olurlar.

Tibet bölgəsinin əksər yerlərində hündürlük 3 min metrdən xeyli yuxarıdır.

Tibetdə fövqəladə vəziyyət zamanı təyyarələrin təhlükəsiz enə biləcəyi mühit yoxdur. Bundan əlavə, iki mühərrikli təyyarələrdə mühərriklərdən biri sıradan çıxdıqda, təhlükəsiz uçmaq üçün təyyarə müəyyən yüksəkliyə enməlidir.

Təəssüf ki, Tibetin coğrafi quruluşuna görə bu mümkün deyil. Bu səbəblə heç bir təyyarə Tibet üzərindən uçmur.


MANŞET XƏBƏRLƏRİ