Sirr çözülür: Kosmosda həyat varmı? - Yeni kəşf durumu dəyişəcək


Marsda kəşf olunan nəhəng vulkanda həyat əlamətlərinin ola biləcəyi açıqlanıb.

Turkustan.az xəbər verir ki, ABŞ-nin Texas ştatında keçirilən 55-ci “Ay və Planet” elmi konfransında elm adamları Marsda nəhəng vulkan kəşf etdiklərini açıqlayıblar.

Elm adamları 50 ildən artıqdır Marsda vulkanın olduğuna diqqət yetirilmədiyi üçün bu yerin “gizli” qaldığını bildiriblər.

Vulkanın təqribən 450 kilometr enində, 9 min 22 metr hündürlüyündə olduğu, Marsın ekvator xəttinə yaxın Tarsis vulkanik bölgəsinin şərq hissəsində yerləşdiyi deyilir.

Tədqiqatçılar vulkanın dibinə yaxın hissədə buzlaq təbəqəsinin qalıqlarını aşkar etdiklərini, bu kəşfin də vulkanı kosmosda həyat əlamətlərinin axtarışı üçün vacib bir yerə çevirdiyini iddia edirlər.

ABŞ-nin Mars İnstitutunun planetoloqu və tədqiqatın aparıcı müəllifi Paskal Li deyib:

“Ötən il buzlaq qalıqlarını tapdığımız ərazinin geologiyasını araşdırırdıq, nəhəng və dərin eroziyaya uğramış vulkanın içində olduğumuzu anladıq”. /teleqraf.com/


MANŞET XƏBƏRLƏRİ