Bu gün avtomobil qəzası keçirən aparıcı Aytən Səfərovadan xəbər var.
Turkustan.az xəbər verir ki, jurnalistin həyat yoldaşı Olay.az-a xanımının səhhəti ilə bağlı qısa məlumat verib:
“Səhhəti belə də. Qabırğaları qırılıb”.
***
Xəbər verdiyimiz kimi, aparıcı Aytən Səfərova ağır avtomobil qəzasına düşüb.
Turkustan.az xəbər verir ki, aparıcının həyat yoldaşı Nazim Piriyev Teleqraf.com-a açıqlamasında aparıcının hazırda xəstəxanada olduğunu deyib:
"Aytən xanım 1 saylı Şəhər Klinik Xəstəxanasındadır. Qəzada müxtəlif bədən xəsarətləri alıb. Hazırda müayinə olunur. Həkimlərdən cavab gözləyirik".